İcmada Şamil Ayrımla görüş keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

İcmada Şamil Ayrımla görüş keçirildi - FOTO

Dekabrın 5-də Qərbi Azərbaycana həsr olunmuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər etmiş iştirakçılarla Qərbi Azərbaycan İcmasında görüşlər baş tutub.

Publika.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və QAİ-nin Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ilə bir araya gəlib.

Qardaş ölkənin nümayəndəsinə Türkiyənin hər zaman göstərdiyi mənəvi dəstək üçün təşəkkür edilib. Şamil Ayrım öz növbəsində Qərbi Azərbaycan həqiqətlərinin 5 dekabrda baş tutacaq konfransda dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasının yaxşı imkan olduğunu bildirib.

Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan artıq xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm