Nida Xəbər
"25 illik staj tələbi bu hərbçilərə şamil olunmayacaq" - Deputat
![](https://publika.az/storage/2021/11/20/herbci.jpg?v1722041313)
"17 ili tamam olmuş hərbçilər 20 illik stajla pensiyaya çıxa bilər".
Publika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında deputat Arzu Nağıyev hərbi qulluqçuların pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini şərh edərkən deyib.
Deputat bildirib ki kalendarla 17 ili tamam olmuş və hazırda 20 ili tamam olmuş hərbçilər maaşının 50 faizini qazanmış olaraq pensiyaya çıxa biləcək:
"Amma bu tək 50 faiz deyil, hərbçi döyüş bölgəsində, müharibə bölgəsində olubsa, Bakıda deyil Qarabağda qulluq edibsə, o faizlərin hamsı pensiyasının üzərinə gələcək".
Arzu Nağıyev hərbçilərin mənzil təminatı ilə bağlı məsləyə də aydınlıq gətirib:
"Hərbçilərin mənzil təminatın bu məsələyə aidiyyatı yoxdur. Mənzili 20 il qulluq etmədən də ala bilər. Pensiyaya çıxandan sonra da evlə təmin oluna bilər. Hazırda 17 ildən az stajı olan hərbçillər 25 ili tamam olduqdan sonra pensiyaya çıxacaq. Amma onların pensiyası 50 faizlə deyil 65 faizlə hesablanacaq".
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO