Deputatdan spikerə “Bu sözünüz mənə şapalaq kimi dəydi”
Bizi izləyin

Nida Xəbər

Deputatdan spikerə “Bu sözünüz mənə şapalaq kimi dəydi”

“Səhhətimlə əlaqədar vətəndən uzaqda olanda məni axtarıb tapdınız, danladınız ki, kömək etmək, yardım etmək məsələsini niyə deməmisiniz”.

Publika.az xəbər verir ki, bu fikirləri deputat Aqil Abbas Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarovaya xitabən bildirib.

“Lakin mən ailəmdən başqa heç kimə deməmişəm. Bunu sizə bildirəndə siz də dediniz ki, Milli Məclis sənin ailən deyilmi? Bu mənə bir şapalaq kimi dəydi. Haqlısınız, Milli Məclis bizim ailəmizdir. Buna görə sizə, bütün deputat dostlarıma təşəkkür edirəm. Bir də üzr borcum var. O gün 18 ildə ilk dəfə qanunu pozub ayaqüstə durub danışdım. Buna görə də sizdən və deputat həmkarlarımdan bu hərəkətimə görə üzr istəyirəm”, - deputat bildirib.

Spiker Sahibə Qafarova isə cavab olaraq Milli Məclisi həmişə ailə kimi gördüyünü bildirib: “ Ayaqüstə danışmağınıza görə isə üzr istəməyin. İndiyədək çoxları burada ayaqüstə danışıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm