Şimali Koreya orbitdəki peyklərinin sayını artıracaq
Bizi izləyin

Nida Xəbər

Şimali Koreya orbitdəki peyklərinin sayını artıracaq

Şimali Koreya yaxın gələcəkdə orbitə daha çox müxtəlif kəşfiyyat peykləri çıxarmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

"Reallıqlar bizdən yaxın gələcəkdə Koreya yarımadası və Sakit Okean da daxil olmaqla operativ bölgələrində məlumat toplamaq və izləmək üçün orbitə getdikcə daha çox müxtəlif kəşfiyyat peykləri qoymağı tələb edir", - deyə bildirilib.

Vurğulanıb ki, bu yaxınlarda buraxılan "Mulligyong-1" peykinin başçılığı ilə Şimali Koreya peykləri “kosmosun gözətçiləri və real vaxt rejimində düşmən qüvvələrin hərbi hərəkətləri haqqında dəyərli və zəngin məlumat verən güclü nişangah” olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm