Qərbi Azərbaycan icması bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

Qərbi Azərbaycan icması bəyanat yaydı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziya kanalında 2023-cü il dekabrın 9-da yayımlanmış müsahibəsində və 2023-cü il dekabrın 7-də “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna ifadə etdiyi dəstəyi alqışlayır və bu prinsipial mövqeyinə görə cənab Prezidentə təşəkkür edirik.

Publika.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Qeyd olunub ki, İcma Prezident İlham Əliyevin bəyanatlarını və bu sahədə ardıcıl siyasətini təkcə İcmanın hədəfi olan qayıdış hüququna yardım etdiyinə görə deyil, həm də bölgədə davamlı sülh və əmin-amanlığı bərqərar etdiyinə görə təqdir edir.

"Həqiqətən də, birgəyaşayış və etnik müxtəlifliyə əsaslanan sülhün alternativi yoxdur. Biz qayıdış hüququmuzu Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində və dinc şəkildə həyata keçirməyə dair iradəmizi bir daha bəyan edirik. Bu müstəvidə, son günlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılmış müsbət addımları alqışlayırıq. Biz Ermənistanı bu müsbət dinamikanı lazımınca dəyərləndirərək, Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm