Nida Xəbər
Vitse-spiker: "Prezident seçkilərində yüksək fəallıq vardı"
Bu gün Azərbaycan vətəndaşları üçün tarixi və əhəmiyyətli gündür.
Publika.az xəbər verir ki,bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze mətbuat konfransında deyib.
O bildirib ki, bu gün həmkarları birlikdə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə ediblər: "Hər şeydən əvvəl qonaqpərvərliyə görə təşəkkür edirik. Seçki məntəqələrində olan ab-hava çox yaxşı idi. Seçicilər sərbəst səs verirdilər. Media nümayəndələri işlərini lazımi qaydada icra etdilər. Yüksək fəallıq müşahidə edildi. Seçicilər seçki hüququndan yüksək səviyyədə istifadə edirdilər. Seçki prosesində çox effektiv və səmərəli iş həyata keçirilib".
"Seçicilər də söyləyib ki, onlar tarixi gün yaşayıblar. Uzun müddətdən sonra bütöv Azərbaycan ərazisində vətəndaşlar seçki hüququndan istifadə etdilər. Bunun özü də tarixi hadisədir. Azərbaycan daha da inkişaf edəcək", - A.Talakvadze vurğulayıb.
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."































