Nida Xəbər
İlkin nəticələr açıqlandı: İlham Əliyev BU QƏDƏR səs topladı
Bu gün Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.
Publika.az xəbər verir ki, bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə açıqlayıb.
MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.
“Ötən seçkilərlə müqayisədə bu seçkilərdə 1 milyondan çox seçici iştirak edib. Bu da çox yaxşı nəticədir”, - Məzahir Pənahov qeyd edib. Onun sözlərinə görə, hazırda 3 561-dən çox nəticə daxil olub. “Məntəqələrdən nəticələr daxil olmaqdadır. Hesab edirik ki, bu axşam 90 faizdən artıq məntəqələrdən daxil olan nəticələri elan etmək imkanımız olacaq”, - MSK sədri vurğulayıb.
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası22 Noyabr 12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO












.jpg)






















