Nida Xəbər
Bakıda süpürgəçinin qarşısına zibil atan şəxs müzakirələrə səbəb oldu - VİDEO
Bakıda avtomobildən yola zibil atan sərnişin müzakirələrə səbəb olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində - “Elit” ticarət mərkəzinin yaxınlığında 90-GX-182 qeydiyyat nişanlı “İJ” markalı avtomobildəki sərnişinin zibilləri yolu təmizləyən süpürgəçi qadının qarşısına atmasını əks etdirən video birmənalı qarşılanmayıb.
Bir çox insanlar həmin sərnişinin məsuliyyətə cəlb edilməsini tələb edib və yol verdiyi hərəkətin həm də mənəvi dəyərlərə sığmadığını bildiriblər. Bəzi sosial şəbəkə istifadəçiləri isə həmin şəxsin süpürgəçilərin metal bankaları topladığını bildiyini və bu məqsədlə onları yaşlı qadının yaxınlığına atdığını deyiblər.
Mövzu ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, yayılmış görüntü ilə bağlı araşdırma aparılacaq və sərnişin barəsində qanunamüvafiq tədbir görüləcək: “Qeyd edim ki, “Yol Hərəkəti Haqqında” Qanuna əsasən, bu əmələ görə sürücülərin 40, sərnişinlərin isə 30 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur”.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO






.jpg)
















.jpg)











