Nida Xəbər
Ənənə zərərlidir: Ermənistanda nikah yaşını qaldırırlar
Ermənistan parlamentində nikah yaşının artırılmasının müzakirə olunduğu ictimai dinləmələr keçirilib.
Publika.az xəbər verir ki, təklif olunan dəyişikliklərin həmmüəllifi, deputat Rüstəm Bakoyan bildirib ki, milli azlıqlar, xüsusən də yezidi icması arasında erkən nikahların davam etməsi praktikasını nəzərə alaraq belə bir ehtiyac yaranıb.
"Evlilik üçün yaş həddinin artırılması yezidi icmasının üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün vacibdir. Bizə zərər verən və komplekslər yaradan ənənələr var", - o qeyd edib.
Bakoyan əlavə edib ki, ona yezidi icmasının nümayəndələrindən erkən nikahlar və gəlin oğurluğu ilə bağlı çoxlu zənglər gəlir. O, bu praktikanı qəbuledilməz hesab edib. Öz növbəsində, Ermənistan ombudsmanı Anahit Avanesyan qeyd edib ki, erkən nikahlar, xüsusilə yezidi icmasında böyük faiz təşkil edir və bu səbəbdən bir sıra uşaq hüquqları pozulur. O hesab edir ki, problemin həlli üçün konkret addımların atılmasına ehtiyac var.
"Problem sistemlidir, ona görə də həll yolları hərtərəfli olmalıdır. Amma biz yumşaq metodologiyadan istifadə etməliyik", - ombudsman bildirib.
Öz növbəsində təhsil nazirinin müavini Araksiya Svaçyan bildirib ki, hazırda Ermənistanda məktəblərdə 1319 yezidi qız təhsil alır. Onun məlumatına görə, 2023-cü ildə onlardan 171 nəfəri məktəbə getməyi dayandırıb.
"Əsasən qızlar 10-12-ci siniflərdə məktəbi tərk edir. Belə ki, 9-cu sinifdən sonra yezidi qızlarının 52,7 faizi, 10-cu sinifdən sonra - 65,5 faizi, 11-ci sinifdən sonra isə 88,2 faizi məktəbi tərk edir", - nazir bildirib.
Qeyd edək ki, Ermənistanda nikah yaşı mövcud qanunvericiliyə görə 18 yaşdır. Valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumun razılığı olduqda şəxs 17 yaşında nikaha girə bilər.
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA