Nida Xəbər
İran Ermənistana görə Azərbaycanla vuruşmağa hazırdır: Abramyandan şok iddia
İranın müxtəlif dairələri ilə görüşlərim və müzakirələrim zamanı Sünik məsələsi bəlkə də əsas mövzu oldu.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentin müxalifətçi deputatı, Respublika Partiyasının üzvü Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.
“Sünik mövzusunu həm coğrafi, həm də siyasi baxımdan “artsax”la eyni müstəvidə hesab edənlər çoxdur. Təsadüfi deyil ki, Qarabağın Azərbaycanın nəzarətində olması da İranın maraqlarına böyük ziyan kimi qəbul edilir. Eyni məntiqlə belə bir fikir var ki, Ermənistan və İran Sünikin təhlükəsizliyi və sabitliyi üçün hansı addımı atsalar da, Qarabağ azərbaycanlıların əlində olduğu müddətdə Sünik və İran daim təhlükəsizlik təhdidi altında olacaq.
İranlılarla təmaslarımda və çıxışlarımda təbii ki, onu da xatırladım ki, 44 günlük müharibədən sonra Azərbaycanın irimiqyaslı silah-sursat alır, Türkiyə orduda islahatlar aparır, Qarabağın cənub bölgələrində hərbi infrastruktur yaradılır. Ermənistan və xüsusilə də Sünik ətrafında yaranmış hərbi-siyasi vəziyyət İranı hədsiz dərəcədə narahat edir və Tehran bu riskləri neytrallaşdırmaq üçün Ermənistanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdırlar.
Bu hərbi əməkdaşlığın nədən ibarət olduğu və Ermənistan hakimiyyətinin bunda nə dərəcədə maraqlı olması məsələnin tamam başqa müstəvisindədir, çünki problem çox qatlıdır”, - Abramyan bildirib.
Tural
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır






.jpg)









.jpg)





.jpg)











