Türkiyəli nazirdən Zəngəzur açıqlaması: Ermənistan qəbul etməsə...
Bizi izləyin

Nida Xəbər

Türkiyəli nazirdən Zəngəzur açıqlaması: Ermənistan qəbul etməsə...

Bakı və Ankara Zəngəzur dəhlizi ilə bağlı iki variantı nəzərdən keçirir.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.

A.Uraloğlu bildirib ki, variantlardan biri Ermənistan vasitəsilə Azərbaycandan Naxçıvana marşrutun açılmasıdır:

“Bu istiqamətdə işlər aparılır. Bu marştrutun uzunluğu 43 kilometrdir. Əgər Ermənistan tərəfi problemlər yaradarsa, o zaman ikinci variant olan alternativ marşrutdan istifadə ediləcək. Bu, İran üzərindən gedən yoldur, bununla bağlı danışıqlar aparılır. Hər iki variant nəzərdən keçirilir”.

Nazir qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisinə düşən hissəsində tikinti işlərini davam etdirir, Türkiyədən Naxçıvana yolun inşası üçün də tender elan edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm