Nida Xəbər
Makron Azərbaycan əsgərinin yaralanmasından təəssüflənir, amma...
![](https://publika.az/storage/2024/02/21/makron-fikir.jpg?v1722041307)
Paris regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri təşviq etməyə davam edəcək.
Publika.az axar.az-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.
Makron qeyd edib ki, İrəvan ərazi bütövlüyü, demokratik yol və sülh istəyi məsələsində Parisin köməyinə ümid edə bilər.
Fransa prezidentinin fikrincə, Zəngəzurdakı insident (Zəngilan rayonu istiqamətində ermənil hərbçilərin atəş açması – red.) eskalasiya təhlükəsinin hələ də qaldığını göstərir.
Makron fevralın 12-də Azərbaycan əsgərinin yaralanmasından təəssüfləndiyini bildirib.
Eyni zamanda fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin Nerkin-Hand kəndi yaxınlığındakı erməni mövqelərinə endirdiyi zərbəni qeyri-mütənasib adlandırıb:
“Fransa həmçinin Azərbaycanın qeyri-mütənasib cavabından da təəssüflənir və nəticədə Ermənistan tərəfdən 4 ölü və 1 yaralı var".
Onun fikrincə, regionda sülhə, beynəlxalq hüquqa, suverenliyə, sərhədlərin toxunulmazlığına və ölkələrin ərazi bütövlüyünə hörmət etməklə nail olmaq olar.
Makron xatırladıb ki, Praqa görüşündə Paşinyan Almatı bəyannaməsinə sadiqliyini də bildirib:
"Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və xəritələri ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırması lazımdır ki, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı vicdanlı iş aparılsın. Bu, öz növbəsində, hər iki tərəfdən qoşunların çıxarılması üçün əsas olacaq”.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO