Nida Xəbər
Ceyhun Bayramov Toivo Klaarı qəbul etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.
XİN başçısı uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
"Sülh sazişi layihəsinə gəldikdə Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlıyıq. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir",-deyə məlumatda qeyd olunub.
Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

-
Nida Xəbər 12:43
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi: Nəyə mesajdır? - FOTO
-
Rəsmi xronika11:25
İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
-
Hadisə10:59
Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın - VİDEOSU
-
Nida Xəbər 10:24
Paşinyandan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya: Təxribatdır
-
MDB10:12
Putin bunu Ukraynaya ilk dəfə təklif etdi: Moskvanın planı nədir?
-
Avropa09:30
Bu ölkənin prezidenti Parisdə yoxa çıxıb: Keçmiş nazir şok detalları açıqladı
-
Nəqliyyat08:36
Bakının bu yollarında tıxac var - Siyahı
-
ABŞ08:24
Ağ Evdə milyarderlər arasında gərginlik: Bir-birinin üstünə qışqırdılar