Nida Xəbər
“Dragon-24” başladı: Rusiya Polşaya hücum edəcək?

Polşada NATO ölkələri silahlı qüvvələrinin iştirakı ilə “Dragon-24” hərbi təlimləri başlayıb. Polşa Ordusunun Baş Qərargahının məlumatına görə, təlimlərdə NATO-nun 10 ölkəsindən ümumilikdə 20 minə yaxın hərbi qulluqçu və 3,5 min hərbi texnika, o cümlədən Polşa silahlı qüvvələrinin 15 minə yaxın hərbçisi iştirak edir. Təlimdə əsas hədəf “quruda, havada və dənizdə qarşılıqlı fəaliyyət və döyüş tapşırıqlarının icrası”nı sınaqdan keçirmək, kiberməkanda hərbi əməliyyatlar aparmaqdır.
Rusiyanın hərbi-siyasi müttəfiqi Belarusun, həmçinin hazırda müharibənin davam etdiyi Ukraynanın sərhədinin yaxınlığında NATO-nun bu cür genişmiqyaslı təlimi kimə mesajdır? Ukrayna döyüş meydanında “kollektiv Qərb”in Rusiyaya müqavimətinin zəiflədiyini, rusların irəlilədiyini nəzərə alsaq, perspektivdə NATO qüvvələrinin bu təlim adı altında Belarusa hərbi müdaxiləsi, bununla da Moskvanı öz müttəfiqinə dəstək göstərməyə, qüvvələrini parçalamağa məcbur etməsi mümkündürmü?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, Rusiya tarixən Polşa ilə düşməndir.
Onun sözlərinə görə, bu ədavət Polşanın təhlükəsizliyini gücləndirməyə vadar edir: “Polyaklar da məhz bunu indiyədək unutmayıblar. Tarix 1939-cu il sentyabrın 1-ni göstərir. Faşist Almaniyası Polşaya hücum etdi. Sentyabrın 15-də Almaniya və SSRİ ordusu hərbi parad keçirdi. Bununla da, Almaniyanın Polşaya hücumu ilə sovet ordusunun işğalı başladı. Bu işğal zamanı ciddi problemlər yaşandı. Polşa əhalisi çox böyük əziyyət çəkdi və bu zülmü onlar indi də xatırlayırlar. İkinci Dünya müharibəsi ərəfəsində Polşa hökumət nümayəndələrinin olduğu təyyarə qəzaya uğradı. Məhz bu da sovet Rusiyası ilə əlaqələndirilir. Keçmişdə olduğu kimi, indi də Polşa Rusiya ilə düşməndir. Öz təhlükəsizliyini qorumaq məqsədilə, Polşa əlindən gələni edir”.
İ.Rüstəmli qeyd edib ki, NATO ölkələrinin Belarusa hücumu vəziyyəti ifrat dərəcədə mürəkkəb hala gətirə bilər.
O söyləyib ki, belə bir hücumun baş verəcəyi çox da gözlənilən deyil: “Çünki bu, həddindən artıq dağıdıcı və qlobal müharibəyə çevrilə bilər. Əgər NATO ölkələrinin Belarusa hücumu baş tutarsa, əlbəttə, Rusiya öz müttəfiqini qoruyacaq. Belarus keçmiş sovetlər birliyində də Rusiyanın ən etibarlı dostudur. Məhz Aleksandr Lukaşenkonun siyasi və digər sahələrdə vəziyyəti gərgin olanda, onu Vladimir Putin xilas edir. Bununla da, Rusiya Belarusu öz əlaltısına çevirib. NATO-nun Belarusa hücumu gözlənilməsə də, Rusiyanın Polşaya hücumu realdır və bu münaqişə yaxın zamanda ola bilər. Bu səbəbdən, Polşa öz müdafiəsini düşünür və hansı döyüş qabiliyyətinə sahib olduğunu göstərməyə çalışır. Polşa həm də müttəfiqlərini öz ərazisinə cəlb edir. Bu təlimlərlə Polşa Rusiyaya mesaj verir. Sözügedən təlimlərdə məqsəd NATO-nun Belarusa hücumu deyil”.

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı