Ermənistanda əhali əmindir: Azərbaycanla müharibə qaçılmazdır - SORĞU
Bizi izləyin

Nida Xəbər

Ermənistanda əhali əmindir: Azərbaycanla müharibə qaçılmazdır - SORĞU

Ermənistan vətəndaşlarının əksəriyyəti yaxın gələcəkdə Azərbaycanla müharibə təhlükəsini real hesab edir.

Publika.az xəbər verir ki, bunu “Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun məlumatları təsdiq edir. Sorğunun məlumatlarını bazar ertəsi təşkilatın direktoru Aram Navasardyan təqdim edib.

“Yaxın gələcəkdə Azərbaycanla yeni müharibə təhlükəsi görüb-görmədiklərini soruşduqda respondentlərin 55,1%-i qəti şəkildə bəli, 25,5%-i böyük ehtimalla bəli 9,8%-i yox, 7,2%-i isə qətiyyən yox cavabını verib”, - deyə Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla Fransa arasında fəal hərbi əməkdaşlığı respondentlərin 56,2%-i tam dəstəkləyir, 25,9%-i müsbət, 4,7%-i kifayət qədər mənfi, 9,6%-i isə mənfi rəy verib. Respondentlərin daha 3,3%-i suala cavab verməkdə çətinlik çəkib. Respondentlərin 46%-i hesab edir ki, Ermənistan Fransadan hərbi-siyasi yardım ala bilər.

“Digər 21,9% Ermənistanın Rusiyadan, 15,9% İrandan, 13,7% ABŞ-dan, 23,2% Hindistandan, 4,9% Çindən hərbi-siyasi yardım ala biləcəyinə inanır”, - Navasardyan qeyd edib.

Bundan əlavə, vətəndaşların əksəriyyəti – 53,8%-i Ermənistanın Aİ ilə viza rejimini liberallaşdırmaq üçün KTMT-dən çıxmasını qəbuledilməz hesab edir, respondentlərin 42,5%-i isə bunu məqbul hesab edir.

Qeyd edək ki, sorğu fevralın 26-28-də 1100 nəfər arasında keçirilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm