Anklavlar məsələsi nə vaxt həll olunacaq? - Ermənistan hökumətindən cavab
Bizi izləyin

Nida Xəbər

Anklavlar məsələsi nə vaxt həll olunacaq? - Ermənistan hökumətindən cavab

İrəvan anklavlar və eksklavlar məsələsinə sonradan baxmağa, həmçinin belə ərazilərin delimitasiyası və demarkasiyasının hüquqi qüvvəyə malik sənədlər əsasında həllini istəyir.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a hökumət yazılı sorğuya cavab olaraq məlumat verib.

Hökumət Ermənistanın baş naziri Nikol Paşinyanın martın 12-də verdiyi bəyanata da istinad edərək, rəsmi Yerevanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir əraziyə iddiası olmadığını xatırladıb. Bununla belə, Ermənistan da “öz suveren ərazilərini təslim edə bilməz”.

Nazirlər Kabineti izah edib ki, mübahisəli ərazilərdə Ermənistan ərazisinin haradan başladığını müəyyən etmək lazımdır və bu, hüquqi qüvvəyə malik sənədlər əsasında olmalıdır. Burada xatırladılıb ki, de-yure Ermənistan ərazisi Ermənistan Respublikasının, Azərbaycan ərazisi isə müvafiq olaraq Azərbaycanın idarəsi və nəzarəti altında olmalıdır.

“Ermənistan bütün sərhəd boyu, eləcə də Tavuş bölgəsinə bitişik ən problemli ərazilərdə eyni düsturdan istifadə edərək belə qərarlar qəbul etməyə hazırdır”, - deyə hökumət bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm