Nida Xəbər
DİM-dən bu abituriyentlərə xəbərdarlıq
9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 15 aprel saat 23:59-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.
Qeyd edək ki, bu gün saat 09:00-a olan məlumata əsasən, 31379 abituriyent öz ərizəsini təsdiq edib. 1560 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib. Həmin abituriyentlərə də tövsiyə edirik ki, ərizənin təsdiqini təmin etsinlər.
-
Sosial19:12Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO
-
Səhiyyə19:00Bu məhsullar ürək və damar sağlamlığını yaxşılaşdırır
-
İdman18:12100 milyonluq Arda Gülərlə bağlı MARAQLI FAKT
-
Sosial18:00Bakının qışda palçığa, yayda toza çevrilən yolu - Video
-
Nida Təhlil 17:21Brüssel və Amsterdamda Bakıya qarşı təxribat: Cənubi Qafqazda sülhü kim istəmir?
-
Magazin216:55"Kızılcık şerbeti"ndən gedir - Foto
-
Maraq dünyası16:22Alimlər daşın içindən 35 milyon yaşı olan qeyri-adi hörümçək tapdılar
-
Magazin216:00Dua Lipa sevgilisi ilə diqqət çəkən paylaşım etdi - FOTO








.png)




























