Nida Xəbər
Fidan: Ərdoğan, Əliyev və Şərifin əl-ələ tutması dünyaya həmrəylik mesajıdır
"Türkiyə, Azərbaycan və Pakistan liderlərinin əl-ələ tutaraq çəkdirdikləri fotoşəkil əslində qardaşların həmrəyliyi mesajıdır".
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan V Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərifin birgə fotosunun dünyaya hansı mesajı verməsi ilə bağlı sualı cavablandıran XİN başçısı liderlər arasındakı səmimi münasibətlərə diqqət çəkib:
"Bilirsiniz ki, hər üç lider bir-birinə qardaşdan da yaxındır. Onlar bunu dəfələrlə sübuta yetiriblər. Liderlər eyni zamanda təmsil etdikləri dövlətlərin və xalqların hisslərini də əks etdirirlər".
H.Fidan qeyd edib ki, region ölkələrinin bir araya gələrək problemlərini özlərinin həll etməyə çalışması çox vacibdir:
"Bu, uzun zamandır görmədiyimiz və həsrətində olduğumuz bir mənzərədir. Sülhün, sabitliyin və qarşılıqlı hörmətin əsas olduğu bir düzənin ortaya çıxması üçün bu ölkələrin səmimi şəkildə yaxından əməkdaşlıq etməsinə ehtiyac var".
Nazir əlavə edib ki, dövlətlərin idarəetmə sisteminə əsasən, xalqlar öz iradələrini liderlərə həvalə edirlər: "Liderlər də bu iradəni xalqın adından istifadə edirlər. Onların bir araya gələrək bu cür müsbət həmrəylik nümayiş etdirməsi, qardaşlıq sərgiləməsi, hesab edirəm ki, bütün dünyaya nümunəvi bir mesajdır".
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı






















.jpg)

.jpg)

.webp)











