Magazin1
"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"
"Hər zaman arzum odur ki, qızımın sevgisini, diqqətini görüm. Nəvəm olsun, adını Məleykə qoysunlar. Qızımın ailəsi çox yaxşı olsun.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bir gün" verilişində deyib. O, qızı Gülərdən danışıb. Aktrisa qızının dördüncü kurs olmasına baxmayaraq hələ də sosial mediadan istifadə etmədiyini açıqlayıb:
"TikTok-u ömürboyu olmayacaq. Amma deyirəm ki, indi instaqram hesabı aça bilərsən. O, isə deyir ki, hələ ehtiyac yoxdur, işləyəndə ona uyğun istifadə etmək istəyir. Ümumiyyətlə, Gülər pandemiyaya qədər telefondan yalnız həftə sonları bir neçə saat istifadə edə bilərdi. O da dərslərini yaxşı oxusaydı, mükafat olaraq. Nə qədər işim olsa da, ona qayğı göstərmişəm, hər yerə özüm aparmışam."
M.Əsədova sosial mediada haqqında yazılan mənfi rəylərə münasibət bildirərək onları ümumiyyətlə oxumadığını vurğulayıb:
"Əvvəllər bunlar mənə təsir edirdi. Çox duyğusal insanam. Rəyləri heç vaxt oxumuram. Köməkçilərimə, ailəmə də demişəm ki, mənə orada yazılanları deməsinlər. Bilirlər ki, ruhum inciyər. Bunun özü də çirkin bir şeydir deyə, istəmirəm ki, ruhum incisin, ürəyimə salım. Bu da bir növ dedi-qodudur.
İnsanam, əgər varamsa və hər addımım uğurludursa, ola bilər ki, mənasız dedi-qodular çıxsın. Niyə mən bunu etmirəm? Kiminsə haqqında rəy yazmıram ki, bu adam belədir. Bir insan başqasını necə qıra bilər ki, onun haqqında mənfi nəsə yazsın? Mənim də hər şey xoşuma gəlmir, amma niyə nəsə deyib onun qəlbini qırım? Mənim deməyimlə o düzələcək? Hərənin öz ailəsi, həyatı var. Haqsız danışmaq məni əsəbiləşdirir. Mənim öz həyatım var və ailəmlə məşğulam". (Axşam.az)
-
İdman1 Oktyabr 23:36Messi İspaniyanın bu klubunun sahibi oldu
-
Nida Xəbər 1 Oktyabr 23:24"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO
-
İdman1 Oktyabr 22:00Azərbaycan-Lixtenşteyn matçı qolsuz bitdi - YENİLƏNDİ
-
ABŞ1 Oktyabr 21:48Putin Trampın xanımına müraciət etdi - “Heç bir istehza olmadan...”
-
Nəqliyyat1 Oktyabr 21:24Tbilisiyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni qaydalar tətbiq olunur
-
Magazin11 Oktyabr 20:36Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Magazin21 Oktyabr 18:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa1 Oktyabr 15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal













.jpg)



















.jpg)

