Sağlamlıq
Hamının istifadə etdiyi bu məşhur dərman faydasız imiş - Həkim səbəbi açıqladı
Valerian və Damotu xroniki stress üçün praktiki olaraq faydasızdır. Çünki bu dərmanlar ağır narahatlıq(həyəcanlama və s.) mexanizmlərinə təsir göstərə və ya kortizol səviyyəsini effektiv şəkildə azalda bilmirlər.
Publika.az xəbər verir ki, bu fikri Rusiyanın tanınmış nevroloqu Mariya Lavrenova bildirib. O, yerli mediaya müsahibəsində deyib ki, adıçəkilən bitki mənşəli dərmanlar plasebo effekti kimi təsir göstərir.
"Valerian və Damotunun sakitləşdirici təsirləri olduqca zəifdir və klinik cəhətdən ziddiyyətlidir. Geniş sistematik araşdırmalar göstərir ki, bu bitki mənşəli dərmanlar çox vaxt orqanizmdə plasebo səviyyəsində işləyir və sinir sisteminə yalnız minimal sakitləşdirici təsir göstərə bilirər",- həkim qeyd edib.
Mütəxəssisin sözlərinə görə, bitki mənşəli dərmanlar epizodik şəkildə və yüngül yuxu problemləri olan insanlara kömək edə bilər. Dərmanların tərkibində olan otlar sadəcə yüngül rahatladıcı təsir ilə insanların adi gündəlik yorğunluqdan və ya qısamüddətli narahatlıqlarından sonra yuxuya getməsinə kömək edir: "Belə vəziyyətlərdə əsas rol oynayan amil isə insanın "bu dərman rahatladır" deyib ona inanmasıdır. Belə bir inam, yəni damcı və ya tablet formasında olan həmin dərmanların sakitləşdirici kimi qəbulu, prosesin bir növ "axşam ritualı"na çevrilməsi də insanın yuxuya tez getməsinə təsir etməsində mühüm rol oynayır".
Həkim xüsusi olaraq vurğulayıb ki, uzunmüddətli stress kortizol hormonunun yüksək səviyyədə qalmasına təsir edir və bitki ekstraktları adətən bu hormonla bir növ bacara bilmirlər. Bu otların zəif təsirləri gərginliyi aradan qaldırmağa kifayət etmir.
Qeyd edək ki, reseptsiz satılan Valerian dərmanı hələ Sovet dönəmindən məşhurdur. Bu bitki tərkibli dərman demək olar ki, hər bir evdə olur.
Müəllif: Tural
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?




























.jpg)








