Nida Xəbər
Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşdi

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.
Qərara əsasən, notariuslar öz vəzifələrini yerinə yetirərkən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada monitorinq olunmalı əməliyyatlara dair, həmçinin hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı tələblərə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi və normativ xarakterli aktlarında nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidirlər.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata keçirilməməli, işgüzar münasibətlər yaradılmamalı, habelə işgüzar münasibətlərə xitam verilməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir.
Həmçinin, notariuslar “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirə salınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.

-
Avropa09:00
Makron Pas-de-Kaledə villa satır - Hər ay redit ödəyir
-
Magazin206:16
Nəsrin tərəf müqabili ilə eşq yaşayır? - FOTO
-
Avropa02:12
Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Sosial11 Fevral 23:36
Vəfat edən şəxsin pensiya kapitalını bu şəxslər ala bilər
-
Magazin211 Fevral 23:12
25 yaşlı parlayan ulduz Merilin Monro rolunda - FOTO
-
İdman11 Fevral 21:48
Kadi qayıdışını qolla qeyd etdi - VİDEO
-
Magazin111 Fevral 21:24
Əməkdar artist bu restorandan qovuldu - FOTO