Rusiya bu il Xankəndidə Baş Konsulluq açmağı planlaşdırır
Bizi izləyin

Nida Xəbər

Rusiya bu il Xankəndidə Baş Konsulluq açmağı planlaşdırır

Rusiya 2024-cü ildə Azərbaycanın Qarabağ bölgəsində Baş Konsulluq açmaq niyyətindədir.

Publika.az Rusiya mətbuatına istinadən istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya Xankəndidə yaxın vaxtlarda Baş Konsulluğun açılışına hazırlıqda Azərbaycanın dəstəyinə ümid edir.

"Biz bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və dəstəyinizə ümid edirik”, - senator bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm