Nazir Cəmil Kamillini rəis təyin etdi
Bizi izləyin

Nida Xəbər

Nazir Cəmil Kamillini rəis təyin etdi

Cəmil Kamilli Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Publika.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb.

Cəmil Kamilli 1987-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. O, 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində tibbi elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.

Cəmil Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm