UEFA Merihi cəzalandırdı
Bizi izləyin

İdman

UEFA Merihi cəzalandırdı

UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.

Publika.az xəbər verir ki, bu barədə rəsmi saytda məlumat yeriləşdirilib.

Qurum 26 yaşlı müdafiəçini 2 oyunluq diskvalifikasiya edib.

Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm