Parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı - Yeniləndi
Bizi izləyin

Nida Xəbər

Parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı - Yeniləndi

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları məlum olub.

Publika.az iclasda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub.

xxx

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki qərargahı yaradılıb və onun tərkibi təsdiq edilib, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunub və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib.

***

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.

Publika.az xəbər verir ki, iclasda partiya Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edəcək. Həmçinin seçkiyə hazırlıq məsələləri, o cümlədən, namizədlərin ilkin siyahısının müzakirə olunacaq.

Toplantıda parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunacaq.

VI çağırış Milli Məlisdə təmsil olunmuş deputat korpusunun fəaliyyəti diqqət mərkəzində olacaq. Mənbələr bildirirlər ki, YAP mərkəzi nəzarət təftiş qurumunun ötən 5 ildə millət vəkilləri, rayon şöbələrinin fəaliyyəti barədə vaxtaşırı hazırladığı arayışlar və yekun hesabat da İdarə Heyəti üzvlərinə təqdim olunacaq. Bildirilir ki, partiyanın VII çağırış Milli Məclisə göndərmək istədiyi deputatların seçilməsində onların ötən dövrdəki fəaliyyəti əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm