Paris-2024 öncəsi növbəti həbslər - Terror təhlükəsi davam edir
Bizi izləyin

İdman

Paris-2024 öncəsi növbəti həbslər - Terror təhlükəsi davam edir

Fransanın daxili işlər naziri Cerald Darmanin hüquq-mühafizə orqanlarının Parisdə Olimpiya Oyunları zamanı terror aktları hazırlamaqda şübhəli bilinən bir neçə nəfəri saxladığını açıqlayıb.

Publika.az xəbər verir ki, .übhəlilərin dəqiq sayı bəlli deyil. Lakin onların Bastiliya Günü və Olimpiada başlamazdan əvvəl terror aktları hazırladıqları məlumdur. Darmaninin sözlərinə görə, Fransada terror təhlükəsi son dərəcə ciddi olaraq qalır.

Nazir BFMTV-də deyib: “Son günlərdə biz bunu ictimaiyyətə açıqlamadıq. Çünki biz seçki kampaniyasının ortasındayıq, lakin ağlında və planlarında terror hücumları ola biləcək insanları sorğu-sual etdik”.

Qeyd edək ki, Parisdə (Fransa) Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm