Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir
Bizi izləyin

Nida Xəbər

Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Əhməd ilə birgə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Somali hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu həm 44 günlük müharibə dövründə, həm də ondan sonra müşahidə edilib.

Nazir bu münasibətlə həmkarına təşəkkür edib: “Mən post-münaqişə barədə həmkarıma məlumat verdim. Azad edilən ərazilər, oradakı bərpa-quruculuq, həmçinin mina təhdidləri haqqında həmkarımı məlumatlandırdım. Ermənistan-Azərbaycan normallaşma prosesi istiqamətində danışıqlar davam edir və bu barədə həmkarımı da məlumatlandırdım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm