Nida Xəbər
Klaarın məkrli planı: Görün Bakıdan nə istəyir
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin böyük hissəsi razılaşdırılıb və onun imzalanması üçün siyasi iradə lazımdır.
Publika.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Taivo Klaar “Jam.news”a müsahibəsində deyib.
Onun fikrincə, tərəflər arasında yekun razılığın əldə edilməsi “əlçatan məsafə” daxilindədir. Avropa diplomatı hesab edir ki, sülh müqaviləsi və onun bəndlərinin həyata keçirilməsi regiondakı vəziyyəti tamamilə dəyişəcək.
“Düşünürəm ki, ölkələrin liderləri bu mövqeyi bölüşürlər və bu məsələ ilə bağlı yekun razılaşmaların əldə edilməsi üçün bütün lazımi addımları atacaqlar”, - Klaar bildirib.
Eyni zamanda, o qeyd edib ki, bu proses çox kövrəkdir, bunu iki ölkə liderlərinin Böyük Britaniyada danışıqlar aparmaması sübut edir.
Yeni görüşlərə gəlincə, Klaarın qeyd etdiyi kimi, tərəflər bu məsələni həll edərsə, Aİ yenidən vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.
Siyasətçi ermənilərin mövqeyindən çıxış edərək ümid etdiyini bildirib ki, Dağlıq Qarabağ erməniləri məsələsi nizamlanma prosesinin tərkib hissəsinə çevriləcək, onların təhlükəsiz və ləyaqətlə qayıtması ilə bağlı Bakı ilə birbaşa danışıqlar aparılacaq.
Bu kontekstdə o vurğulayıb ki, Azərbaycanın öhdəlikləri var ki, Bakı bundan imtina etmir. Eyni zamanda, Klaar qeyd etdiyi kimi, Bakı bu kontekstdə “Qərbi Azərbaycan” məsələsini dilə gətirir, lakin avropalı diplomatın fikrincə, bu mövzulara eyni müstəvidə baxmaq olmaz.
“Birinci məsələ Qarabağ ermənilərinin öz ata-baba yurdlarına qayıtmasının asanlaşdırılmasıdır ki, bu da Azərbaycanın öhdəliyidir, ikincisi isə Azərbaycanın digər bölgələrində, o cümlədən Bakıda yaşayan ermənilərin və ya Ermənistanda yaşayan azərbaycanlıların məsələsidir”, - xüsusi nümayəndə bildirib.
Tural
-
MDB15:58
Cəhənnəm yaşatdılar: Rusiya prezident briqadasını 500 kiloqramlıq bombalarla vurdu
-
MDB15:25
Putin orduya göstəriş verdi: bu tarixə qədər Kursku alın!
-
Cənubi Qafqaz15:12
Xankəndidən qaçan erməninin Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı
-
Dünya14:42
Tramp çıxışı ilə dünyanı təəccübləndirdi: Putindən qorxur?
-
Maraq dünyası14:04
Beləsi olmamışdı: Görün gəlin nikah masasına nə ilə gəldi - FOTOLAR
-
Sosial12:50
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
İqtisadi gündəm12:15
Pensiya alanlara ŞAD XƏBƏR: bu qədər artırılacaq
-
İdman11:38
Basketbolun ucaboy gözəli: Görün nə qədər qazanır - FOTOLAR