Nida Xəbər
Erməni işğalında qalan kəndin taleyi necə olacaq? - Məxfi görüşün detalları yayıldı
Ermənistanda Kərki və Başkəndin “barter” ediləcəyi iddiaları gündəmə gəlib.
Publika.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hakim “Vətəndaş müqaviləsi” partiyasının təşəbbüs qrupunun qapalı görüşündə iştirak edib. Görüşün təfərrüatı məlum deyil.
“Hraparak” nəşri isə mənbələrindən görüşün müəyyən detallarını öyrənib.
Nəşr yazır ki, iki saat davam edən iclasda səslənən fikirlər Ermənistanın xarici siyasəti ilə bağlı nikbin əhval-ruhiyyə yaratmayıb.
“Yaxın gələcəkdə Ermənistanın vəziyyəti daha da ağırlaşacaq. Mənbəmiz bildirib ki, yeganə optimist məqam anklavlarla bağlı məsələdir. Mirzoyan qeyd edib ki, delimitasiya kontekstində anklavlar məsələsi “barter”lə həll edilə bilər. “Bizdə olan bizdə, onlarda olan onlarda qalır” prinsipi tətbiq edilə bilər. Beləliklə, Tiqranaşen (Kərki) Ermənistanda, Artsvaşen (Başkənd) Azərbaycanda qalır”, - nəşr iddia edir.
Qeyd edək ki, Gədəbəyin Başkənd kəndi SSRİ dövründə ermənilərə bağışlandıqdan sonra Azərbaycan daxilində “erməni anklavı” olaraq qeydə alınıb. Ermənistan Başkəndin qaytarılmasını istəyir, Azərbaycan isə bundan imtina edib. Çünki bu ərazilər Azərbaycana məxsusdur.
Görüşdə Rusiyanın regional problemlərin həllində, xüsusilə kommunikasiyanın blokadadan çıxarılmasında aktivlik nümayiş etdirməsinin Ermənistanın maraqlarına uyğun olmadığı vurğulanıb.
“Mirzoyan bildirib ki, Rusiya istədiyinə nail olmaq üçün hər şey etməyə hazırdır. O əlavə edib ki, ABŞ-da keçiriləcək seçkilərin nəticələri Ermənistan üçün narahatedicidir. Putinin dostu Tramp qalib gələrsə, bu, Ermənistan üçün müsbət perspektiv vəd etmir. Mirzoyan COP-29 tədbirində iştirak üçün Bakıya gedib-getməyəcəklərinə də toxunub. Qeyd edib ki, bu haqda hələ qərar verilməyib. Xarici işlər naziri demarkasiya komissiyalarının imzaladığı reqalementə də qısaca toxunub. Bildirib ki, onlar hələ demarkasiya olunacaq növbəti ərazinin hara olacağına qərar verməyiblər”, - nəşr yazır.
Asif
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl





















.jpg)









