Nida Xəbər
Bakı və İrəvan arasında normallaşma... - Bayramov

Azərbaycan Ermənistanla normallaşma gündəliyinin təməlini qoyub.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş qərargahında təşkil olunan “Gələcəyin Sammiti”ndə çıxışı zamanı deyib.
"Azərbaycan Ermənistanla postmünaqişə dövründə tam şəkildə bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinə əsaslanan normallaşma gündəliyinin təməlini qoyub", - deyə C. Bayramov vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan BMT Nizamnaməsi ilə qorunan suverenlik və ərazi bütövlüyü kimi hüquqlarını bərpa edərək yeni dövrə qədəm qoyub:
“Biz ikitərəfli danışıqlar vasitəsilə əldə edilmiş irəliləyişi əsas götürərək, yerdə qalan əngəlləri aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırır, lazımi siyasi iradənin və məsuliyyətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq”.

-
Ekologiya22:28
Azərbaycana payız gəldi
-
Rəsmi xronika22:14
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
-
MDB21:51
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ
-
Sosial21:15
Bakının məşhur bazarında söküntü başladı - VİDEO
-
Sosial19:50
Qaraxanbəyli kəndi belə görünəcək - FOTOLAR
-
Ekopublika.az19:40
Emin Ağalarov 5 il ərzində “Sea Breeze”də görüləcək işlərdən DANIŞDI
-
Nida Xəbər 19:10
Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır - DTX rəisi
-
İdman19:00
Həyat yoldaşı Runiyə belə sataşdı - FOTO