Moldovada iğtişaşlara hazırlaşan 74 nəfər həbs olundu - Xüsusi təlim keçiblər...
Bizi izləyin

Dünya

Moldovada iğtişaşlara hazırlaşan 74 nəfər həbs olundu - Xüsusi təlim keçiblər...

Moldovada parlament seçkiləri zamanı kütləvi iğtişaşlara hazırlaşmaqda şübhəli bilinən 74 nəfər həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mütəşəkkil Cinayətkarlıqla və Xüsusi İşlərlə Mübarizə İdarəsinin rəisi Viktor Furtune bildirib.

“İyul ayından bəri digər qurumlarla birlikdə kütləvi iğtişaşların hazırlanması ilə bağlı işi araşdırırıq. 74 nəfər 72 saat müddətinə saxlanılıb”, - o, brifinqdə qeyd edib.

İstintaq müəyyən edib ki, bəzi vətəndaşlar Serbiyaya gedib, orada silahlarla təlim keçiblər. Onun sözlərinə görə, sabitliyi pozmaq məqsədi daşıyan şəxslər üçün Moldovada da təlim keçirilib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm