Nida Xəbər
Əhalinin banklara olan etimadı azalıb - Həsənquliyev
"Azərbaycan Respublikasının Prezidenti 2016-cı ilin dekabrında, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsini təsdiq etdi və orada iqtisadiyyatımızın sürətli inkişafını təmin etmək üçün 4 hədəf müəyyən olundu. Həmin hədəflərdən birincisi humanitar siyasət üzrə üzən məzənnəyə keçidin təmin olunmasından ibarət idi. Orada mərhələlər üzrə 2020-ci və 2025-ci ilə qədər olan dövr müəyyən olunmuşdu. Artıq bu dövrlər başa çatır və biz hələ də üzən məzənnəyə keçməmişik. Yeni təyin olunanların bu məsələyə münasibətini öyrənmək istəyirəm".
Publika.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi ilə bağlı çıxışı zamanı səsləndirib.
Millət vəkili ikinci bir məsələni də bildirib:
"Mən zaman-zaman parlamentin iclaslarında məsələ qaldırırdım ki, niyə Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli kommersiya banklarında saxlanılmır ki, Azərbaycan sahibkarlarının ucuz kreditlərə çıxışı təmin olunsun. O cümlədən Mərkəzi Bank da öz ehtiyatlarını kommersiya banklarında aşağı faizlərlə saxlaya bilər ki, sahibkarlar ucuz kreditlər əldə etsin.
Məsələn bu ilin 10 ayı ərzində iqtisadiyyatımıza cəmi 12 milyard manat investisiya qoyulub ki, bu da ölkəmiz üçün çox kiçik bir rəqəmdir. Çox təəssüf ki, banklar birgə layihələrdə iştirak eləmirlər və onu maliyyələşdirmirlər. Bundan başqa bilirik ki, son illər Azərbaycanda 20-dən artıq bank bağlanıb. Ona görə də əhalinin banklara olan etimadı azalıb. Hörmətli Siyavuş Novruzov da bunu qeyd elədi. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov vaxtilə deyirdi ki, evlərdə 10 milyard dollara qədər vəsait saxlanılır. Yəni hansı tədbirlər görülməlidir ki, o vəsait iqtisadiyyatımıza yatırılsın, vətəndaşların banklara inamı bərpa olunsun? Bu baxımdan hesab edirəm ki, Mərkəzi Bankın üzərinə çox böyük iş düşür və Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır. Mərkəzi Bankın üzvlərinin bu barədə məlumat verməsini arzu edirəm.
Mən 2 milyard manatın gətirilib yerli banklarda yerləşdirilməsini təklif edəndə, o zaman Elman Rüstəmov deyirdi ki, bizim iqtisadiyyatımız bu vəsaiti həzm edə bilməz. Amma biz özümüz hər il beynəlxalq maliyyə qurumlarından həmin faizlərlə və dövlət zəmanəti ilə milyardlarla vəsait kreditlər götürürük. Ona görə də həmin vəsaitlərin bir hissəsinin gətirilməsi barədə onların fikirlərini öyrənmək istəyirəm”.
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA