Nida Xəbər
Sahibə Qafarova Gürcüstan Parlamentinin Fəxri medalı ilə təltif edildi
ürcüstan və Azərbaycan parlamentlərinin spikerləri Şalva Papuaşvili və Sahibə Qafarova strateji enerji layihələrinin irəlilədilməsi məsələlərini müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın 152-ci sessiyası çərçivəsində Qafarova ilə görüşün yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.
"Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşməyə şad oldum. Gürcüstan parlamentində bu yaxınlarda təsis edilmiş Parlament Fəxri medalını ilk dəfə ona təqdim etmək mənim üçün xüsusi şərəf idi. O, Gürcüstan və Azərbaycan arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə, eləcə də xalqlarımız arasında dostluğun inkişafına mühüm töhfə verib", - o yazıb.
Papuaşvili qeyd edib ki, bu mükafat Sahibə Qafarovanın parlamentlər arasında münasibətlərin möhkəm normativ bazasının formalaşmasında müstəsna rolunu, həmçinin parlament komitələri, dostluq qrupları arasında əlaqələrin inkişafına və birgə diplomatik fəaliyyətə verdiyi şəxsi töhfəsini əks etdirir.
"Biz fəal parlamentlərarası əməkdaşlığı alqışladıq və Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığa sadiqliyimizi təsdiqlədik. Görüş zamanı həmçinin, regionda sülh prosesi müzakirə olundu və strateji enerji layihələrinin irəlilədilməsi zərurəti vurğulandı", - o əlavə edib.
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi








_(1).jpg)




























