Nida Xəbər
Kamran Əliyev İon Muntyanu ilə görüşdü
Baş prokuror Kamran Əliyev Moldova Respublikasının Baş prokuroru İon Muntyanu ilə görüşüb.
Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Baş prokuror ölkələr arasında mövcud olan siyasi, iqtisadi, ticarət və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ötən ilin iyul ayında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.
Görüşdə Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər birgə əməkdaşlığın əhəmiyyəti, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi barədə danışıb.
Moldova Respublikasının Baş prokuroru səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, ölkələrimiz arasında hüquqi əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb.
Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.
-
Qoroskop01:40Günün ulduz falı: Romantik anlar yaşanacaq
-
Magazin201:20Şakira Messiyə müraciət etdi: Həmişə ürəyimdəsən
-
ABŞ00:45ABŞ-dan İrana növbəti hücum dalğası
-
İdman20 İyul 22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz20 İyul 22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə20 İyul 21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20 İyul 20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz
-
Avropa20 İyul 19:50Yeni Baş nazir işə başlayan kimi Trampa zəng etdi













.jpg)









.jpg)











