Nida Xəbər
Qərbi Azərbaycan İcması bəyanat yaydı
Frenk Pallonenin bəyanatları Azərbaycana COP29-da iştirak üçün gəlmədiyini açıq şəkildə göstərir.
Publika.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frenk Pallone COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yanlış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır.
Əvvəlcə qeyd etmək lazımdır ki, F. Pallone onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərir. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləmiş, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti yürütmüşdür.
Bu səbəbdən Azərbaycan ictimaiyyətinin, xüsusən Ermənistanın etnik təmizləməsinə məruz qalmış şəxslərin irqçi F.Palloneyə qarşı etiraz etməsi onların ən fundamental hüququdur. Lakin F. Pallone dinc nümayişçilərin qarşısına çıxaraq onlardan üzr istəmək və qaldırdıqları suallara cavab vermək əvəzinə, mühafizəçilərini, aralarında qadınlar olan dinc nümayişçilərin üzərinə göndərmiş və onların xəsarət almasına səbəb olmuşdur.
F.Pallonenin səfərdən sonra verdiyi bəyanatlar onun Azərbaycana nə iqlim dəyişikliyi konfransında iştirak, nə də dialoq məqsədilə gəldiyini açıq şəkildə göstərir. Onun məqsədi Azərbaycanda keçirilən və bütün dünya ölkələrinin toplaşdığı COP29-un uğurlarını qaralamaq, Azərbaycana zərbə vurmaq idi.
Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan dövləti və ictimaiyyəti həmişə dialoqun tərəfdarı olmuşdur. F. Pallone və onun kimi bəzi irqçi siyasətçilər isə əksinə həmişə dialoqdan qaçmış, şər-böhtan, şantaj siyasətinə üstünlük vermişlər.
Qərbi Azərbaycan İcması olaraq, F. Pallonenin ucuz şoularını və onun nümunəsində bəzi Qərb dairələrində kök salmış Azərbaycanofob meyilləri kəskin şəkildə qınayır, bu siyasətçilərdən regionda sülhün bərqərar olmasına maneçilik törətməməyə və Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edir.
-
Qoroskop00:55Günün ulduz falı: Yeni ideyalarınız diqqət çəkəcək
-
Hadisə3 Dekabr 22:50Bakıda restoranda yanğın baş verdi - VİDEO
-
İdman3 Dekabr 22:08Qurban Qurbanov o iddialara belə cavab verdi: “Keçmişə qayıtmağa ehtiyac yoxdur”
-
ABŞ3 Dekabr 21:39Melaniya Trampa və İlon Maska ŞOK - ABŞ vətəndaşlığını itirə bilərlər
-
İdman3 Dekabr 20:36Alonsonun qərarı “Real”da növbəti gərginlik yaratdı
-
Magazin13 Dekabr 19:40Flora Kərimovadan Eltona cavab: "Üzr də istəyəcəksən"
-
Hadisə3 Dekabr 19:15Ağdərədə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ/FOTO
-
Sosial3 Dekabr 18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır

















.jpg)

.jpg)






.jpg)









