Nida Xəbər
Rusiya rəhbərliyinin rəsmən üzr istəməsi... - Zahid Oruc qəzadan danışdı
"Uğurla keçən 2024-cü ilin son günlərində məruz qaldığımız təyyarə qəzası bütün dünyada böyük əks-səda doğurdu. Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edildi. Bundan sonra Prezidentin verdiyi dönüş qərarı ilk növbədə, Ali Baş Komandanın davranışı, siyasi peşəkarlığı, cəsarəti və iradəsinin nümayişi idi. 44 günlük müqəddəs müharibədəki əmrlərin davamı idi”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahir Oruc deyib.
O bildirib ki, qəzadan xilas olan sərnişinlərin aldığı yaralar, istintaqın ilkin nəticələri və informasiya vasitələrinə düşən sübutlar təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu, radioelektron sistemlərin söndürüldüyünü və hava gəmisinin ölümə məhkum edildiyini ortaya qoydu:
"Ona görə ölkəmiz günahkar olan hər bir şəxsin cəzalandırılmasını, Moskanın üzrxahlıq etməsini, təzminat ödəməsini istəyirdi. Əks halda hər keçən gün müttəfiqliyə zərbə və fitnəkarlıq tərəfdarlarının xeyrinə işləyirdi. Nəhayət, Rusiya rəhbərliyinin rəsmən üzr istəməsi təyyarənin vurulmasını Bakı-Moskva arasında diplomatik krizə, siyasi qəzaya çevirmək istəyənlərin qarşısını aldı.
Sükanı sona qədər canı ilə qoruyan və 67 nəfərə qəsdi 29 insanın xilası ilə ifşa edən qəhrəman pilotların, “kəmərləri bağlayın, hər şey yaxşı olacaq” çağırışını milli şüara çevirən Hökümə Əliyevanın göylərdəki hünərini Qarabağ səmasında canını qurban verənlərlə bir mərtəbədə tuturuq.
Xalqımız bilməlidir ki, Qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə başsağlığı verənlərin içində gizləniblər” .
-
Sosial04:44
Bakı sakininə qaza görə 12 min manat borc gəldi - VİDEO
-
Magazin101:00
"W-trio" 20 ildən sonra bir arada - VİDEO
-
Sosial00:00
Bu gündən Azərbaycanda minimum əməkhaqqı artdı
-
İdman31 Dekabr 2024 23:30
Uşaq nə vaxt dünyaya gələcək? - Sevgilisi açıqladı
-
Sosial31 Dekabr 2024 23:00
4 kq qızılla tutulan şəxs məşhur polkovnikin qardaşı oğludur
-
Avropa31 Dekabr 2024 21:12
Britaniya şəhərlərində Yeni il tədbirləri LƏĞV EDİLDİ
-
Sosial31 Dekabr 2024 20:48
Günlər sonra yaralanan xanımını gördü - Göz yaşlarını saxlaya bilmədi / VİDEO
-
Art31 Dekabr 2024 19:48
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO