Nida Xəbər
Gəmilərimizin Afrikada saxlanılması ilə bağlı rəsmi açıqlama
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, agentliyin mətbuat katibi Pərvanə İmanova Oxu.az-a açıqlamasında 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olduğunu bildirib.
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib", - o əlavə edib.
Qeyd edək ki, ötən gün Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edildiyinə dair məlumat yayılıb.
-
Qoroskop00:35
Günün qoroskopu: uzunmüddətli investisiyalar üçün uyğun vaxtdır
-
Sosial8 Yanvar 23:45
Bakıda sökülən məşhur obyektlərin yerində bu layihə olacaq - FOTOLAR
-
ABŞ8 Yanvar 23:00
Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur - VİDEO
-
Sosial8 Yanvar 22:48
"Şuşa" restoranı niyə sökülür? - Qeyri-qanuni sənədlər...
-
Art8 Yanvar 21:49
Türkiyəli məşhur yazıçı vəfat etdi
-
Magazin18 Yanvar 21:12
Azərin yas mərasimində bəzi gözlədiyim simalar yox idi... - İlkin Həsəni
-
MDB8 Yanvar 21:05
Rusiya hücum etdi: 13 ölü, 30 yaralı var - Zaporojyedən dəhşətli FOTOLAR/YENİLƏNDİ
-
Sosial8 Yanvar 20:10
Boşanmaq istəyənlər bunları bilməlidir - Azərbaycanda YENİ QAYDALAR