Nida Xəbər
Gümrüdəki Rusiya hərbi bazası ləğv olunur? - Erməni nazirin cavabı
İrəvanda Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda olması ilə bağlı razılaşmanın dəyişdirilməsi məsələsi qaldırılmayıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Mən deyə bilərəm ki, heç olmasa bu an üçün hərbi baza haqqında belə bir sual yoxdur”, - deyə nazir vurğulayıb.
Bu yolla diplomat jurnalistlərin Ermənistan ərazisində Rusiya hərbi bazasının olması ilə bağlı müqaviləyə yenidən baxılması və ya dəyişdirilməsi ilə bağlı sualını cavablandırıb.
Xatırladaq ki, bundan əvvəl Mirzoyan Ermənistana Avropa İttifaqının (Aİ) mülki missiyasının lazım olduğunu, delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddə vəziyyətə nəzarətin davam etdiyini bildirib.
Onun sözlərinə görə, İrəvan əmindir ki, Ermənistanla Azərbaycan arasında bölünməmiş sərhəd var olduqca, Aİ missiyası Ermənistan üçün mühüm və zəruridir.
Xatırladaq ki, 102-ci Rusiya hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyindədir.
Adəm Abbaslı
-
Magazin200:30"Kurtlar Vadisi"nin aktyorları 22 il sonra eyni serialda - FOTO
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə iki mesaj göndərir
-
Hadisə24 Yanvar 23:36Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
-
İdman24 Yanvar 23:24“Başında şiş var idi, görüb pis oldum”
-
Magazin124 Yanvar 22:487 kiloqram arıqlayıb belə oldu - FOTO
-
ABŞ24 Yanvar 22:12“Tarixi fəlakət” xəbərdarlığı vaşinqtonluları QORXUYA SALDI - Supermarketlər boşaldılır
-
Magazin124 Yanvar 21:36Dubaydan ev alıb, ora köçür




































