Nida Xəbər
Aİ missiyası Ermənistanda nə vaxta qədər qalacaq? - Mirzoyan AÇIQLADI
Ermənistana Avropa İttifaqından Azərbaycanla sərhəddə delimitasiya prosesi tam başa çatana qədər monitorinqi davam etdirəcək mülki missiya lazımdır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, İrəvan əmindir ki, Ermənistanla Azərbaycan arasında bölünməz sərhəd olduqca, Aİ missiyası Ermənistan üçün mühüm və zəruridir.
Baş nazir Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib ki, İrəvan sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi ilə bağlı Bakıya təkliflər göndərib. Siyasətçinin sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının növbəti iclası 2025-ci ilin yanvarında baş tutacaq.
Qeyd edək ki, dekabrın 4-də Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişinin 90%-ni razılaşdırıblar, son detallar qalıb.
Xatırladaq ki, bundan əvvəl bildirilmişdi ki, Ermənistan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü dövlətlərin qüvvələrini yerləşdirməməyə hazırdır.
Adəm Abbaslı
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın





































