Nida Xəbər
Təbrizdə Əliyevlə Ərdoğanın şəkilləri divarlara vuruldu - FOTO
Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imamcüməsi Seyid Həsən Amulinin və əlaltılarının bəyanatlarına cavab verib.
Publika.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Təbrizdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.
Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.
Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.
Xatırladaq ki, ötən il dekabrın 19-da Seyid Həsən Amuinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib.
-
MDB22:12
Selfi çəkmək istəyi FACİƏYƏ ÇEVRİLDİ - Ölənlər var
-
Magazin121:24
Elgizdən İRAD: “Gəlin çimir, qayınata baxır" - VİDEO
-
İdman20:24
Neymar 2024-cü ildə görün nə qədər QAZANIB
-
Sosial20:12
At almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI
-
ABŞ19:36
Baydenin oğlunun evi YANIB KÜLƏ DÖNDÜ - Yalnız iki tüstü bacası qaldı
-
Sosial19:00
Sabah Bakının 3 rayonu QAZSIZ QALACAQ
-
Nida Xəbər 18:50
Müdafiə Nazirliyi məlumat yaydı
-
İdman18:30
Azərbaycan kubokunun finalı bu şəhərdə keçiriləcək