Sosial
ADSEA sədri Masallı rayonunda vətəndaşlarla görüşdü - FOTO
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Publika.az xəbər verir ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dekabrın 25-də Masallı rayonunda yerləşən Viləşçay su anbarının inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə sədr Zaur Mikayılov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, təmiri, içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
-
Magazin119:36Zümrüdün qızı ilə görüşü təsirləndirdi - VİDEO
-
ABŞ19:24Milad gecəsi lotereyadan 1,8 MİLYARD DOLLAR UDDU
-
Nida Xəbər 18:05Azərbaycan QHT-ləri Trampa açıq məktub yazdılar
-
İdman17:20Qara Qarayev "Araz Naxçıvan"ı tərk etdi
-
MDB15:48Kreml 20 maddəlik sülh planını rədd edəcək: Nə qədər ki, Putinin belə fürsəti var...
-
Sosial14:48"Uşaqları texnologiyadan tamamilə təcrid etsək, qorxaq nəsil yetişər"
-
İdman14:18“Dünyanın ən seksual hokkeyçisi”dən qar üzərində qaynar - FOTOLAR
-
Rəsmi xronika13:20İlham Əliyev sərəncam imzaladı



















.jpg)




