BTQ-nin icraçı direktoru Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət etdi
Bizi izləyin

Nida Xəbər

BTQ-nin icraçı direktoru Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət etdi

Fransa hökumətini əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik.

Publika.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Fransa rəsmilərinin təşkilata qarşı səsləndirdiyi əsassız ittihamlara cavab olaraq "Report"a bildirib.

"Bildiyiniz kimi təməli Azərbaycanda qoyulan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin 2025-ci ilin 23-24 yanvarında Kanakidə (Yeni Kaledoniya) Konqresi keçirilib. Fransa rəsmiləri müstəmləkələrin dekolonizasiya prosesini Fransanın daxili işi adlandırır və bu xüsusda, Bakı Təşəbbüs Qrupunu (BTQ) Fransanın daxili işlərinə müdaxilədə ittiham edir. BTQ iddiaları qətiyyətlə rədd edir və pisləyir", - A.Abbasov deyib.

Onun sözlərinə görə, dövlət bayrağımızın Kanakidə dalğalandırılması kanak xalqının Azərbaycana və onun liderinə minnətdarlıq jestidir.

"Fundamental insan hüquqları, habelə insanların azad olmaq istəyi bir ölkənin daxili işi sayıla bilməz və özünü demokratiyanın beşiyi adlandıran Fransada rəsmilər bunu yaxşı dərk edir. XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və həmin ərazilərin bu hüququ adaların əsl sahibi olan xalqlara münasibətdə təcili tanınmalıdır. Harada olmasından asılı olmayaraq, azadlıqlar ümumbəşəri dəyərdir və ona hamı tərəfindən hörmət edilməlidir", - BTQ-nin icraçı direktoru bildirib.

A.Abbasov vurğulayıb ki, BTQ müstəmləkəçiliyə qarşı mübarizə aparan beynəlxalq QHT kimi öz mandatına uyğun olaraq dekolonizasiya prosesini əsas hədəfi elan edib və bu istiqamətdə qanuni fəaliyyət göstərir: "Müstəqil olmaq koloniyaların haqqıdır. Bu həm də tarixi ədalətin bərpası kimi qiymətləndirilə bilər".

O, beynəlxalq təşkilatları və ictimaiyyəti bu işdə BTQ-yə dəstək olmağa çağırıb.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm