Nida Xəbər
Təyyarə qəzası: Yaxın vaxtlarda açıqlama olacaq - Hacıyev
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat prosesi ölkəmizin aidiyyəti strukturları tərəfindən davam etdirilir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə məsələ ilə əlaqədar ictimaiyyətə də geniş məlumat veriləcək.
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Cənab prezident tərəfindən bu məsələ ilə əlaqədar keçirilən müşavirədə də qeyd edilmişdi ki, mütəmadi əsasda ölkə ictimaiyyətinin təyyarə qəzasının nəticələri haqqında məlumatların verilməsi təmin olunacaq”, - deyə qeyd edib.
Qəza ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəlincə, Hikmət Hacıyev vurğulayıb ki, bu məsələ Rusiya tərəfi ilə aidiyyəti və diplomatik kanallar vasitəsilə müzakirə olunmaqdadır.
-
Nida Xəbər 12:24
Azərbaycana bu sözlərlə vida etdi - FOTO
-
İdman11:06
Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb - ŞOK VİDEO
-
ABŞ10:30
Transgender əsgərlər Trampı məhkəməyə verdi
-
Region09:54
Moskvadan İrəvana sərt mesaj: Heç kim üçün illüziya yoxdur, bazarınız bağlanacaq
-
Hadisə08:30
Qəzada ölən İcra Hakimiyyəti əməkdaşının FOTOSU
-
ABŞ08:10
Sərnişin təyyarəsi helikopterlə toqquşub çaya düşdü: cəmi 4 nəfər sağ çıxdı - VİDEO
-
Digər07:15
Yerə asteroid düşə bilər - Bu tarixdə
-
Qoroskop00:55
Günün qoroskopu: Yeni maliyyə fürsətləri araşdırmaq üçün əla vaxtdır