Nida Xəbər
Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılır
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili arasında görüş olub.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub.
Numan Kurtulmuş Şalva Papuaşvilini yenidən parlamentin sədri seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, xalqın iradəsi ucadır, hər kəs seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdır və bu da gələcək inkişafın əsasına çevrilməlidir.
Bildirilib ki, Gürcüstan və Türkiyəni çoxillik səmərəli əməkdaşlıq və xalqlar arasında dostluq birləşdirir.
Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri də müzakirə olunub. Tərəflər yaxın vaxtlarda sədrlər səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər.
Dünyada və regionda baş verən proseslər, çağırışlar da diqqət mərkəzində olub.
Ş.Papuaşvili türkiyəli həmkarına Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib. Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO


















.jpg)










.jpg)



.png)




