Nida Xəbər
Ölkəmiz Özbəkistanda Qran-pri mükafatı qazandı - FOTO
Xəbər verdiyimiz kimi, 26-28 aprel tarixlərində Özbəkistanın Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalı keçirilib.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli (saz), Pərviz Mirzəyev (balaban), Asim Quliyev (nağara) və Abuzər Şöyübovdan (qoşanağa) ibarət "Şirvan" sazçı folklor qrupu təmsil edib.
“Şirvan” qrupunun uğurlu çıxışı beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək festivalın əsas mükafatına – Qran-priyə layiq görülüb.
Çıxışına ustadnamə ilə başlayan musiqi qrupu dörd aşıq havasını kompozisiya şəklində təqdim edib. Kollektivin ifasında aşıq sənətinin sinkretikliyini əks etdirən instrumental və vokal ifa, rəqs, eləcə də aktyorluq kimi xüsusiyyətlər yüksək səviyyədə nümayiş olunub. Azərbaycan aşıq sənətinin Şirvan mühiti ənənələrini yaşadan qrupun ifaları iştirakçılar tərəfindən də böyük maraqla qarşılanıb.
Beynəlxalq münsiflər heyətində ölkəmizdən Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva (Aşıq Samirə) da yer alıb.
Aprelin 28-də IV Beynəlxalq Baxşı Festivalının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi olub. "Şirvan" sazçı folklor qrupuna festivalın baş mükafatının simvolunu və diplomunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib. Xatırladaq ki, 40-dan çox ölkədən ifaçıların qatıldığı festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə gerçəkləşib.
Festival çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu və “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” adlı beynəlxalq elmi konfrans da keçirilib.
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO




































.jpg)


