Nida Xəbər
Bu ərazilər Azərbaycana qaytarılır: Ermənilər XƏRİTƏ yaydılar - FOTO/VİDEO
Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsinin olacağı ilə bağlı məlumat vermişdik.
“Hraparak” nəşrinin iddiasında bildirilirdi ki, Ermənistan tezliklə öz ərazisinin təxminən 180 kvadrat kilometrini Azərbaycana verəcək və bunun müqabilində cəmi 25 kvadrat kilometr ərazini alacaq.
Publika.az xəbər verir ki, nəşr bununla bağlı yeni iddialar yayıb və hansı ərazilərin veriləcəyi ilə bağlı xəritə dərc edib.
Bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin Xarici Əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev arasında sərhədlərin delimitasiyası məsələləri ilə bağlı danışıqlar aparılıb. Tərəflər Ermənistan-Azərbaycan sərhədinin yeni keçidi ilə bağlı razılığa gəliblər. Eyni zamanda, Delimitasiya Komissiyası bu danışıqlarda iştirak etməyib və onun rəhbəri Mher Qriqoryan əldə olunan razılaşmalarda iştirak etmir.
“Bizim ixtiyarımızda olan xəritələrə görə, Sərhədin bütün uzunluğu boyunca Azərbaycan tərəfi irəliləyir; bəzi hissələrdə onların xətti Ermənistan ərazisinin dərinliklərində sıxılır.
Mənbəmiz iddia edir ki, Azərbaycan tərəfinin təqdim etdiyi xəritələr əsasında tərtib olunan delimitasiya layihəsi demək olar ki, başa çatıb. Gələcək sərhədin əhəmiyyətli bir hissəsi artıq müəyyən edilib - Tavuşadan Sünikə qədər. Və sənədlərdən də göründüyü kimi, bütün sahələrdə Ermənistan uduzur, Azərbaycan isə qazanır. Qeyd etmək vacibdir ki, anklavlar və eksklavlar məsələsi bu mərhələdə müzakirə olunmayıb - danışıqların növbəti mərhələsinə təxirə salınıb”, - nəşr yazıb.

Xəritədə Ermənistanın almalı olduğu ərazilər sarı, Azərbaycana veriləcək ərazilər isə bənövşəyi rənglə qeyd olunub.
Tural
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir






































