Nida Xəbər
Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Cənubi Qafqazda nəqliyyat infrastrukturunun blokdan çıxarılması Ermənistan üçün mühüm prioritet olaraq qalır.
Publika.az xəbər verir ki, bunu Respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Karnegi Fondu”nun nəşrini şərh edərkən deyib.
İyunun 30-da dərc olunan məqalədə deyilir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat marşrutunun yaradılması təkliflərini təqdim edib. Nəşrin mənbələri iki xarici diplomat olub.
Badalyan xatırladıb ki, Ermənistan bundan əvvəl özünün regional əlaqə konsepsiyasını, “Dünyanın kəsişməsi” təşəbbüsünü irəli sürmüşdü. Onun sözlərinə görə, artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət rəy alıb. Mətbuat katibi əlavə edib ki, erməni tərəfi bu təşəbbüsə uyğun gələn və bütün iştirakçılar üçün potensial məqbul olan konkret həllər təqdim edib.
"Eyni zamanda, beynəlxalq tərəfdaşlar müntəzəm olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən nəqliyyat blokunun açılması məsələləri ilə bağlı öz ideyalarını irəli sürürlər. Regionun maraqlarına cavab verən və onun potensialını üzə çıxaran həll yollarının hazırlanması üçün bütün maraqlı tərəflərlə danışıqlar davam etdirilir", - Badalyan qeyd edib.
Tural
-
Dünya20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi




































