Nida Xəbər
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə olundu
Sentyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin təməlində iki ölkənin dövlət başçıları arasında dostluq və qardaşlıq münasibətlərinin və sıx təmasların dayandığı vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr barədə fikir mübadiləsi aparılıb.
Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin cari ilin oktyabr ayında ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının növbəti Zirvə toplantısına hazırlıq işləri barədə həmkarına məlumat verib.
Təhlükəsizlik məsələləri və regional inkişaflar, o cümlədən Yaxın Şərqdəki qarşıdurmadan narahatlıq ifadə edilib, artan gərginliyin diplomatik yollarla həll edilməli olduğuna dair həmfikirlik bildirilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya22 İyul 17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial22 İyul 15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə22 İyul 15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika22 İyul 14:27İlham Əliyev fərman imzaladı













.jpg)



.jpg)




















