Nida Xəbər
“Azərbaycanın suverenliyi əbədi, dönməz və toxunulmazdır”- ƏHD Partiyası

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası 27 sentyabr Anım Günü ilə bağlı bəyanat qəbul edib.
ƏHD Partiyası mətbuat xidmətindən Publika.az-a verilən məlumata görtə, bəyanatda deyilir:
"Azərbaycan xalqı hər il 27 sentyabr tarixində müqəddəs Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini böyük ehtiramla yad edir. Bu gün, 2020-ci ildə Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında başladılan və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsi qəhrəmanlarının anım günüdür.
Azərbaycan Respublikasının suverenliyi və torpaqlarının azadlığı uğrunda canını fəda edən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.
Onların qanı və canı bahasına işğaldan azad edilmiş torpaqlarımızda bu gün üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Vətən müharibəsi Azərbaycan xalqının əzm və iradəsinin, dövlət-xalq birliyinin, mübariz əsgər və zabitlərimizin şücaətinin parlaq nümunəsidir. Bu tarixi Zəfər Azərbaycanın dövlətçilik yolunda dönüş nöqtəsi, milli birliyimizin möhtəşəm ifadəsidir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası olaraq, qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildirir və xalqımıza qələbə bəxş edən bütün Vətən övladlarının fədakarlığını yüksək dəyərləndirir, qəhrəman əsgərlərimizin şərəfinə Xankəndində abidə ucaldılmasını təklif edirik.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əbədi, dönməz və toxunulmazdır.
Allah şəhidlərimizə rəhmət eləsin, yaralanmış qazilərimizə şəfa versin!
Qəhrəmanlarımız qarşısında baş əyirik! Yaşasın müstəqil Azərbaycan!"

-
Sosial12:35
Bakını bürüyən “toy tüstüsü” – Cərimələr artırılacaq?
-
Nəqliyyat11:35
Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq?
-
Hadisə10:37
Aşağı Güzdəkdəki yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Nida Təhlil 09:30
Zəfər yolunu başladanlar
-
ABŞ08:49
ABŞ İran milli komandasına viza vermədi
-
Sağlamlıq08:37
Trampın parasetamolla bağlı iddialarına alimlərdən cavab
-
Magazin203:47
Meqan Markl hamilədir? - Bu FOTOsu şayiələrə səbəb oldu
-
Avropa03:18
Almaniyada dron təşvişi