Kreml “Türk axını” ilə bağlı bəyanat yaydı
Bizi izləyin

Dünya

Kreml “Türk axını” ilə bağlı bəyanat yaydı

Kremlin sözçüsü Dmitri Peskov bu gün “Şimal axını 2” təbii qaz kəməri ilə bağlı mühüm qiymətləndirmələr edib.

Publika.az xəbər verir ki, o, Rusiyanın Türkiyə ilə enerji əməkdaşlığının davam etdiyini bəyan edib.

"Türk axını" və "Mavi axın" təbii qaz boru kəmərləri planlaşdırıldığı kimi işləyir. Türkiyə ilə enerji əməkdaşlığımız qətiyyətlə davam edir", - deyə Peskov qeyd edib.

O, bəzi ölkələrin “Rusiya təyyarələri hava məkanını pozarsa, vurulacaq” açıqlamalarını da tənqid edib. Peskov bu cür bəyanatları “məsuliyyətsizlik” adlandırıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm